Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər

   Orucluq zamanı susuzluğun qarşısını almaq üçün -    Məsləhətlər
  23 Mart 2023    Oxunub:1517
Ramazan ayında oruc tutan insanların qarşılaşdığı əsas problemlərdən biri də susuz qalmaqla bağlıdır.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, oruc zamanı xüsusən də, imsakda bədənin su balansını qorunmaq və susuzluğun qarşısını almaq üçün bir sıra yollar mövcuddur.

Gəlin, həmin yollarla tanış olaq:
Yüksək su balansına sahib olan meyvələri yemək:

Bəzi meyvələrin tərkibinin böyük hissəsi sudan ibarətdir. Sahurdan sonra susuzluq hiss etmək istəmirsinizsə, su miqdarı yüksək olan qarpız, portağal ananas və banan kimi meyvələrdən istifadə edin.


Çiy tərəvəzlər su balansını artırır:

Çiy tərəvəzlərdə yüksək miqdarda su var. Sahur zamanı çiy tərəvəz və göyərtidən ibarət salat bədəninizin susuz qalmasının qarşısını alacaq.


Süd məhsulları susuzluğa kömək edəcək:

Ayran, qatıq, kefir kimi süd məhsulları orqanizmin su ehtiyacını ödəyir. Bu məhsulların kalorisi azdır, lakin uzun müddət toxluq hissi verir.


Meneral su Ramazanda oruc tutanların köməyinə gələcək:

Mineral su həm susuzluğun qarşısını alır, həm də həzmi asanlaşdırır.


Yüksək su balansına malik tərəvəzlər:

Bəzi meyvələr kimi bəzi tərəvəzlərin tərkibi də əsasən sudan ibarətdir. Bu tərəvəzləri qəbul etmək bədəndəki suyun səviyyəsini artırır və susuzluğunun qarşısını alır.


Teqlər:





Xəbər lenti