Sürət həddi endiriləcək yollarda nişanların quraşdırılmasına başlanılıb

Sürət həddi endiriləcək yollarda nişanların quraşdırılmasına başlanılıb
  25 Mart 2023    Oxunub:1320
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb.
Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb.

Məlumata görə, maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır: "Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb".

AzVision.az



Teqlər:





Xəbər lenti