Elçin Məmmədov və Bakı şəhər prokuroru deputatın güllələndiyi yerə gedib

Elçin Məmmədov və Bakı şəhər prokuroru deputatın güllələndiyi yerə gedib
  28 Mart 2023    Oxunub:3791
Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazırda Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti