Problemli kreditlər yenidən artmağa başladı - VİDEO

 Problemli kreditlər yenidən artmağa başladı -    VİDEO
  03 Aprel 2023    Oxunub:1320
Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb.
Mərkəzi Bankın açıqladığı hesabata əsasən, bu ilin fevralında problemli kreditlərin həcmi 22 milyon manat artaraq 606 milyon manata yüksəlib. Yanvarın sonunda isə bu məbləğ 584 milyon manat olub.

İqtisadçı Rəşad Həsənovun “Xəbər Ertəsi”nə deyib ki, problem 2023-cü ilin yanvar və fevral aylarında deyil, ötən ilin sonuncu rübündədir. Çünki qanunvericilikdə 90 gündən çox gecikmə olduğu halda, kredit vaxtı keçmiş hesab edilir.

Ekspert deyir ki, Azərbaycanda problemli kreditlərin həcmi 3 faiz ətrafındadır.
Qəbul edilən hədd olmasına baxmayaraq, bu sayı da azaltmaq üçün müəyyən işlər görülməlidir. Qeyd edək ki, 2022-ci il martın 1-də problemli kreditlərin məbləği 690 milyon manat olub.



AzVision.az



Teqlər:





Xəbər lenti