Çindən ChatGPT-ə yeni rəqib: "Tongyi Qianwen"

   Çindən ChatGPT-ə yeni rəqib:    "Tongyi Qianwen"
  11 Aprel 2023    Oxunub:2444
Çinin texnologiya nəhəngi "Alibaba" ChatGPT-yə bənzər süni intellekt çatbotu "Tongyi Qianwen"i işə salmağı planlaşdırdığını açıqlayıb.
Şirkətin bulud hesablama bölməsi çatbotun yaxın gələcəkdə "Alibaba" sistemlərinə inteqrasiya olunacağını bildirsə də, vaxt qrafiki təqdim etməyib. Şirkət "Tongyi Qianwen"in iclaslardakı çıxışları yazılı qeydlərə çevirmək, elektron məktublar yazmaq və iş təklifləri hazırlamaq kimi bir sıra vəzifələri yerinə yetirəcəyini açıqlayıb.

Son aylarda bütün dünyada texnologiya şirkətləri öz süni intellekt chatbotlarını təqdim ediblər. "Alibaba" da bu ilin əvvəlində ChatGPT-yə rəqib təqdim edəcəklərini açıqlamışdı. İngilis versiyası hələ açıqlanmayan "Tongyi Qianwen" təxminən "min sual soruşmaq və cavab axtarmaq" kimi tərcümə olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti