Paytaxtın qanunsuz parklanma problemi - VİDEO

Paytaxtın qanunsuz parklanma problemi    - VİDEO
  11 Aprel 2023    Oxunub:1677
Bakıda yolların hərəkət hissəsində avtomobillərin park edilməsi problemi hələ də qalmaqdadır.
Xezerxeber.az-ın məlumatına görə, paytaxtın istənilən küçəsində bu halla qarşılaşmaq olar.

Sürücülər isə deyirlər ki, avtomobillərini harada gəldi saxlamaqda özləri də maraqlı deyillər. Lakin parkinq qiymətləri baha olduğundan onlar həll yolunu bu cür addım atmaqda görürlər.

Baş Dövlət Yol Polisi İdarəsi isə yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. Bildirilib ki, belə hallar yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirir ki, maşınların yollarda nizamsız və qanunsuz park edilməsi yol-nəqliyyat hadisələrinin çoxalmasına səbəb olur.

Qiymətlərin baha olması ilə bağlı isə Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, ümumi tarif müəyyən edilmədiyindən hazırda parkinq qiymətləri standart deyil. BNA tərəfindən rəsmi qeydiyyata alınmış 15 min avtomobillik parkinq yeri var və bunların da böyük bir hissəsi özəldir.

Daha ətraflı süjetdə:

AzVision.az



Teqlər:





Xəbər lenti