Canavar ermənilərə belə hücum etdi - VİDEO

Canavar ermənilərə belə hücum etdi  - VİDEO
  13 Aprel 2023    Oxunub:2228
Ermənistanda maraqlı hadisə baş verib. AzVision.az xəbər verir ki, aprelin 12-də Spitakda yanacaqdoldurma məntəqəsində dayanan erməni canavarın hücumuna məruz qalıb.
Hadisə təhlükəsizlik kameralarına da düşüb. İnsanların və nəqliyyatın gur olduğu məkanda peyda olan canavar kişiyə arxadan hücum edib. "Spitak" Tibb Mərkəzinə müraciət edən 41 yaşlı kişidə diş yerləri olan xəsarətlər aşkarlanıb.

“Spitak” Tibb Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, xəstəxanada cərrah Frunze Yegiyan və növbətçi personalı tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub. Müayinə zamanı kişinin bel nahiyəsində diş yarası aşkar edilib", - Yerli media yazıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Canavar  





Xəbər lenti