Qanunsuz dövriyyədən 66 milyon manatlıq narkotik vasitələr çıxarılıb

Qanunsuz dövriyyədən    66 milyon manatlıq    narkotik vasitələr çıxarılıb
  15 Aprel 2023    Oxunub:1494
Сari ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 3173 cinayət faktı aşkarlanıb. Onlardan 1048-i narkotik vasitələrin qanunsuz satışı, 2087-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 17-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Qanunsuz dövriyyədən götürülmüş 2 ton 011 kq 394,952 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 66 milyon 547 min 143 AZN kimi qiymətləndirilir.
Bu barədə AzVision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 011 kq 394,952 qr narkotik vasitələrin və psixotrop maddələrin 575 kq 997,924 qr-nı heroin, 1 ton 221 kq 854,206 qr-nı marixuana, 67 kq 073,092 qr-nı tiryək, 42 kq 555,635 qr-nı həşiş,102 kq 936,745 qr-nı psixotrop maddələr, 977,35 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 252 ədəd çətənə bitkisi, eləcə də 477,668 qr, 1540 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1972 nəfər cəlb edilmişdir ki, onlardan 18-25 yaşadək 114 nəfər, 26-29 yaşadək 334 nəfər, 30 yaş və ondan yuxarı isə 1524 nəfər təşkil edir. Həmin şəxslərdən 1934-ü kişi, 38-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Cinayət məsuliyyətinə cəlb edilmiş 31 nəfər xarici ölkə vətəndaşından 14-ü İran İslam Respublikası, 9-u Türkiyə, 5-i Rusiya Federasiyası, 3-ü Gürcüstan vətəndaşı olub.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 76 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 741 kq 185,912 qr və 18403 ədəd həb metadon narkotik vasitələr və 1540 ədəd kapsul, 473 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 64-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 413 kq 844,2 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 627 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 368 kq 197,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2022-ci ilin I rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 378, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 38, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 339, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 1 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 22 fakt, qrup halında olan cinayətlərin sayı 1 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 240 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 130 kq 919,26 qr arıb.

Cari ilin müvafiq dövri ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 19832 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 581 nəfərindən 347-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 3 ay ərzində İİV-ə 346 nəfər yoluxmuşdur. Onlardan 329 nəfəri Azərbaycan vətəndaşları, 17 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 25 nəfəri (7,6 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.
AzVision.az



Teqlər: Narkotik-Vasitə  





Xəbər lenti