Hindistanda nadir almaz tapılıb

   Hindistanda nadir almaz tapılıb
  17 Aprel 2023    Oxunub:2148
Hindistanın Qucarat ştatında digər almazın sərbəst hərəkət etdiyi mineral olan “Matruşka” almazı aşkar edilib.
Bu barədə Wion telekanalı məlumat yayıb. Qeyd olunub ki, Hindistanın Qucarat ştatının Surat şəhərində “VD Global” şirkəti ən nadir tapıntı olan “almazın içindəki almaz” aşkar edib.

Almaz ötən ilin oktyabrında tapılıb. Onun çəkisi 0,329 karatdır (0,0658 qram). Mineral “Döyünən Ürək” adını alıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti