ABŞ-ın strateji neft ehtiyatları 30%-dən çox azalıb

   ABŞ-ın strateji neft ehtiyatları 30%-dən çox azalıb
  19 Aprel 2023    Oxunub:1412
ABŞ-ın 2023-cü ildə strateji neft ehtiyatlarının həcmi 30%-dən çox azalaraq 368 milyon barel təşkil edib. Bu, 1983-cü ildən bəri antirekorddur.
Bu barədə “Russia Today” ABŞ Energetika Nazirliyinin materiallarına istinadən məlumat yayıb. Qeyd olunub ki, əgər hələ 2022-ci ilin yazının ortalarında ABŞ maksimum mümkün səviyyədən (727 milyon barel) 76,5% xammal ilə təmin edilmişdisə, indiki məqamda anbarların doldurulması 50,6%-ə düşüb.

Analitiklərin fikrincə, ABŞ-ın Rusiyadan neft almaqdan imtina etməsi bu ölkədə yanacaq qıtlığına səbəb olub və məhdud tədarük fonunda neft qiymətlərində sıçrayış müşahidə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti