Dünyada ilk: Balıq əti 3D ilə çap edildi

      Dünyada ilk:    Balıq əti 3D ilə çap edildi
  20 Aprel 2023    Oxunub:2063
İsrail alimləri balıq ətini 3D printerdə çap edərək süni şəkildə yenidən yarada biliblər.
Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Son onilliklərdə elm adamları fəal şəkildə ətin süni əvəzedicisini axtarırlar. Nəzəri olaraq, bu, etik səbəblərdən heyvan əti yeməyən vegeterianların tələbini ödəməklə yanaşı, təsərrüfatların ətraf mühitə olan yükünü də azaldacaq.

Bu sahədə perspektivli texnologiya 3D printerdə canlı əzələ hüceyrələri ilə çapdır ki, bunun sayəsində də ət xarakterik bir quruluş əldə edir. İndi “Stakeholder Foods” şirkətinin israilli mütəxəssisləri bu texnologiyadan istifadə etməklə təkcə ət deyil, həm də balıq əti də istehsal etməyə nail olublar.

Hazırlanan məhsulu dövlət başçısı Benyamin Netanyahu dadıb. “Bu gün şirkət balıq istehsalı üçün 3D printerdən istifadə edən dünyada ilk şirkətdir. Baş nazir laboratoriyada istehsal olunan balıq və ətin dadına baxıb, müxtəlif printerləri nəzərdən keçirib”, - ofisdən bildirilib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti