Yaponiya Rusiyadan neft idxalını 80,5% azaldıb

Yaponiya Rusiyadan neft idxalını 80,5% azaldıb
  21 Aprel 2023    Oxunub:1176
Yaponiya 2022-ci il aprelin 1-də başlayan və 2023-cü il martın 31-də başa çatan 2022-ci maliyyə ilində Rusiyadan neft idxalını 80,5% azaldıb.
Bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb. Eyni zamanda, Yaponiya bu dövrdə Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını 6,2%, Rusiya kömürünün idxalını isə 55,2% azaldıb.

Daha əvvəl “Dunya” nəşri ekspert rəyinə istinadən yazıb ki, 2023-cü ilin sonuna qədər neftin barelinin 100 dollara qalxa biləcəyinə görə, neft tədarükündən ciddi şəkildə asılı olan Yaponiya, Hindistan, Almaniya və Fransanın iqtisadiyyatı ən çox zərər görəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti