Hatay zəlzələsindən 76 gün sonra dağıntılardan sağ tapıldı - FOTOLAR

Hatay zəlzələsindən 76 gün sonra dağıntılardan sağ tapıldı    - FOTOLAR
  25 Aprel 2023    Oxunub:4066
Türkiyənin Hatay vilayətində baş verən zəlzələdən sonra dağıntılar altından “Ecevit” adlı Van pişiyi 76 gün sonra sağ tapılıb.
Pişik tam şəkildə dağılan binalarda ev heyvanlarını axtaran qrup tərəfindən aşkarlanıb.

Heyvansevər Anıl Bilmez bununa bağlı sevincini dilə gətirib.

“Onu burada tapdıq. 76 gün ərzində həqiqətən axtardıq. Sahədə olan qrupları köməyə çağırdıq. Dağılmış binada axtarış apardıq. 76 gündən sonra onu burada tapdım. Bu hissləri ifadə etmək çətindir. Onun öldüyünü düşünməyə başlamışdım. Sahibi ilə danışanda ona ürək-dirək verməyə çalışırdım. “Ecevit” epileptik tutmalardan əziyyət çəkən pişikdir. Buna baxmayaraq 76 gün dözüb. Odur ki, dostlar, burada ev heyvanınız varsa, vazkeçməyin”, - deyə o qeyd edib.


AzVision.az



Teqlər: Pişik  





Xəbər lenti