"Ağdam və Şuşada məktəblərin tikintisi başa çatmaq üzrədir" - Nazir

 "Ağdam və Şuşada məktəblərin tikintisi başa çatmaq üzrədir" -  Nazir
  26 Aprel 2023    Oxunub:1282
"Dörd birgə proqram çərçivəsində 616 tələbə xaricdə təhsil alıb".
AzVision.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda 3500-ə qədər məktəb təmir olunub və ya yenidən qurulub:

"Ağdam və Şuşada məktəblərin tikintisi başa çatmaq üzrədir".

Nazir əlavə edib ki, 1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar: "Bu tendensiya növbəti illərdə də davam etdirilib. Ali təhsillilərin sayının artırılması vacib amillərdən olub. Əgər həmin müddətdə ali məktəbdə oxuyan şəxslərin sayı 100 min idisə, hazırda bu rəqəm 220 mindir".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti