“Alibaba”nın həmtəsisçisi özünə yeni iş tapıb

   “Alibaba”nın həmtəsisçisi özünə yeni iş tapıb
  01 May 2023    Oxunub:2263
“Alibaba Group”un həmtəsisçisi, çinli milyarder Cek Ma Tokio Universitetinin Tokio Kollecində dərs deyəcək.
Bu barədə “Bloomberg” məlumat yayıb. Belə ki, 58 yaşlı Manın mayın 1-dən dərsə başlayacağı gözlənilir. Universitetdən verilən məlumata görə, milyarder tələbələrə tədqiqatlar, xüsusilə də davamlı kənd təsərrüfatı və qida istehsalı ilə bağlı məsləhətlər verəcək. Ma həmçinin sahibkarlıq və innovasiya ilə bağlı seminarlar keçirəcək.

Çinin ən məşhur sahibkarı olan Cek Ma ölkə hakimiyyətini tənqid edikdən sonra vətənini tərk edir. O vaxtdan bəri milyarder demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb. “Bloomberg”in məlumatına görə, Çin hakimiyyəti Manı materikə qayıtmağa və biznes ictimaiyyətinə hökumət dəstəyini nümayiş etdirməyə kömək etməyə inandırmağa çalışırdı. Lakin çinli iş adamı xaricdə qalmağı üstün tuturdu.

AzVision.az


Teqlər:





Xəbər lenti