Sabiq bələdiyyə sədrinin qətli ilə bağlı cinayət işi başlandı

 Sabiq bələdiyyə sədrinin qətli ilə bağlı cinayət işi başlandı
  03 May 2023    Oxunub:1737
Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 3-ü rayonun meşəlik ərazisində Astara rayon sakini, 1969-cu il təvəllüdlü Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib. Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Astara rayonunda iki gün əvvəl itkin düşən 54 yaşlı kişinin meyiti tapılıb.

AzVision.az xəbər verir ki, Eynəli Əzizovun meyiti bu gün səhər Astarada Şümrüd kəndində meşə massivinə daxil olan ərazidə tapılıb. Onun balta ilə baş nahiyəsinin arxa hissəsinə vurulan zərbələrlə qətlə yetirildiyi deyilir.

Qeyd edək ki, Eynəli Əzizov Həzi müəllim və sabiq bələdiyyə sədri imiş. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti