"Ziraat" banka taxıl müqaviləsində iştirak üçün şərt qoyuldu

"Ziraat" banka taxıl müqaviləsində iştirak üçün şərt qoyuldu
  04 May 2023    Oxunub:1359
Türkiyənin "Ziraat Bank"ı ABŞ və BMT-nin yazılı icazəsi olmadan Rusiyadan taxıl ixracı üçün ödənişlərin emalına cəlb edilməyəcək.
Bu barədə yüksək rütbəli türk rəsmisi "Reuters" agentliyinə bildirib. Belə ki, "Ziraat Bank"ı "JP Morgan" nümunəsində olduğu kimi ABŞ və BMT-nin yazılı icazəsi və təlimatları ilə əməliyyata vasitəçilik edəcək. Yazılı razılıq olmadan bu həyata keçirilməyəcək.

Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatır. Mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçiriləcək və burada Qara dəniz təşəbbüsünün uzadılması imkanları müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti