Bahalı əşyaların plansız alınması eskapizmi artırır

   Bahalı əşyaların plansız alınması eskapizmi artırır
  04 May 2023    Oxunub:2691
Hyuston Universitetinin alimləri müəyyən ediblər ki, bahalı əşyaların planlaşdırılmamış alınması müsbət emosiyaları və eskapizmi (insanın reallıqdan qaçmaq istəyi, illüziyalar, fantaziyalar aləminə qapılması) artırır.
Araşdırma “ Journal of Hospitality & Tourism Research ” jurnalında dərc olunub. Müəlliflər qeyd edirlər ki, impulsiv alışda artım çox sayda insanın evdə qaldığı COVID-19 pandemiyası zamanı baş verib. Planlaşdırılmamış xərclər vasitəsilə insanlar reallıqdan qaçmağa çalışırdılar. Pandemiyadan sonra otel sifarişlərinin sayı və gediş və ya gəliş günü hardasa biletlərin alınması artıb ki, tədqiqatçılar bunu da planlaşdırılmamış böyük xərclərlə əlaqələndirirlər.

Bu cür hərəkətlərin insanlara necə təsir etdiyini anlamaq üçün tədqiqatçılar ABŞ və Çində onlarla istehlakçı ilə müsahibə aparıblar. Onlara son alışlar, impulsiv meyllər və necə hiss etdikləri ilə bağlı suallar verilib.

Məlum olub ki, ətir və gün eynəyi kimi malların impulsiv alışı özünə hörmətin artmasına səbəb olub .Otelləri bron etmək, bilet almaq və ya məsələn, bahalı mebel sifariş etmək eskapizmi və müsbət emosiyaları artırıb. Üstəlik, qiymət nə qədər yüksək olsa, təsir bir o qədər güclüdür.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu, istehlak bazarında vəziyyətin dəyişməsinə gətirib çıxara bilər - brendlər və şirkətlər reklamda diqqəti qaçmağa yönəldə bilər ki, bu da mənfəəti artıra bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti