ABŞ-ın regional banklarının aksiyaları qiymətsizləşir

   ABŞ-ın regional banklarının aksiyaları qiymətsizləşir
  05 May 2023    Oxunub:1027
ABŞ-da bir sıra regional bankların səhmləri birja ticarəti zamanı çöküb, bu da investorların sənayenin vəziyyəti ilə bağlı narahatlığını əks etdirir.
Bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. Kotirovkaların azalması daha çox “Silikon Vadisi Bankı”nın mart ayında iflasından sonra zərər çəkən banklara təsir edib. Los-Ancelesdə yerləşən “PacWest” bankının səhmləri təxminən 28%, Nyu Yorkda yerləşən “Metropolitan Bank”ın səhmləri 20%, Arizonada yerləşən “Western Alliance” bankının səhmləri isə 15% ucuzlaşıb.

ABŞ-ın ən böyük kredit təşkilatlarının kotirovkaları da hərracda nəzərəçarpacaq dərəcədə aşağı düşüb.


AzVision.az


Teqlər:





Xəbər lenti