"Onda biləcəyik itirdiklərimizi bərpa etmişik, ya yox"

   "Onda biləcəyik itirdiklərimizi bərpa etmişik, ya yox"
  16 May 2023    Oxunub:1604
"Pirls 2021" qiymətləndirmə nəticələri elan edilib. Bu tədqiqat COVID təsirlərini ölçməyə yönəlib. Gözlənildiyi kimi qlobal təhsil nəticələrində geriləmə müşahidə edilib".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. Onun sözlərinə görə, qiymətləndirmədə Azərbaycan daxil olmaqla 65 ölkə iştirak edib. "Ümumilikdə, 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb".
Nazirdən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA


Nazir qeyd edib ki, COVID təhsilə ciddi təsir edib: "2026-ci ildə keçiriləcək növbəti "Pirls"in nəticələri açıqlananda biz biləcəyik ki, itirdiklərimizi bərpa etmişik, ya yox. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti