Bakıda orta aylıq əməkhaqqı 1100 manata yaxınlaşır

   Bakıda orta aylıq əməkhaqqı 1100 manata yaxınlaşır
  17 May 2023    Oxunub:1135
Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib.
Bu barədə AzVision.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 854,5 manat təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti