Mask insanların çiplənməsinə razılıq aldı

   Mask insanların çiplənməsinə razılıq aldı
  26 May 2023    Oxunub:2034
Milyarder İlon Maskın əsasını qoyduğu beyin çipləri istehsal edən "Neuralink" şirkəti insanlar üzərində ilk sınaqlarını keçirmək üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alıb.
Şirkət beyinləri kompüterlərə birləşdirərək insanların görmə qabiliyyətini və hərəkətliliyinin bərpasına kömək etmək istəyir. Lakin Mask iştirakçıları qəbul etmək üçün təcili planları olmadığını qeyd edib. Şirkətdən də hər hansı açıqlama verilməyib,

"Neuralink" öz mikroçiplərindən iflic və korluq kimi xəstəlikləri müalicə etmək və müəyyən əlilliyi olan insanlara kompüter və mobil texnologiyadan istifadə etməsinə şərait yaratmaq istəyir.

Meymunlar üzərində sınaqdan keçirilən çiplər beyində istehsal olunan siqnalları şərh etmək və Bluetooth vasitəsilə cihazlara məlumat ötürmək üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər: Mask   Çip  





Xəbər lenti