Xırdalanda fəhlə iş yerində öldü

Xırdalanda fəhlə iş yerində öldü
  31 May 2023    Oxunub:1443
Mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AzVision.az -a bildirilib ki, ilkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti