Dünya ticarətinin boğazı quruyur. Panama boğazı

 Dünya ticarətinin  boğazı quruyur.  Panama boğazı
  06 İyun 2023    Oxunub:3345
Şiddətli quraqlıq Panama kanalının işinə ciddi təsir edib. Belə ki, su vasitəsilə xüsusi qaldırıcı qurğular gəmiləri Sakit okeandan Atlantikə keçidini təmir edir. Lakin kanalı şirin su ilə təmin edən Qatun gölündə suyun səviyyəsi normadan xeyli aşağı düşüb.
Bu da kanal rəhbərliyini çəki məhdudiyyətlərinə və gəmilərin kanaldan keçməsi üçün ödənişlərin artırmasına səbəb olub. Artıq ən böyük gəmilər mayın 24-dən etibarən daha az yük daşıyaraq su çəkmə qabiliyyətini azaldıb, ardınca isə mayın 29-dan başlayaraq başqa bir enmə həyata keçirilib. Bəzi böyük okean daşıyıcıları da kanal məhdudiyyətlərinə cavab olaraq, iyunun 1-dən etibarən marşrutda yüklər üçün yeni ödənişlər elan ediblər. Bu tədbirlər, çox güman ki, dünyanın illik dəniz ticarətinin 5%-nin normal olaraq şlyuzlardan keçdiyi kanalla daşınan malların maya dəyərini artıracaq.



Fevral-aprel aylarında kanalın və onu qidalandıran göllərin ərazisində yağıntının miqdarı normanın 50 faizindən az olub. Həm də adətən yaydan əvvəl başlayan yağışlı mövsümdən əsər-əlamət olmayıb. Kanalı qidalandıran iki göldən ən böyüyü olan Qatun gölündəki suyun səviyyəsinin iyul ayına qədər tarixi minimuma çatacağı proqnozlaşdırılır.

Qeyd olunub ki, iyul ayına qədər su çatışmazlığı 2019-cu ilin rekordunu təzələyə bilər. Məhdudiyyətin tətbiqi kanaldan keçən gəmilərin 40 faizinə aid ediləcək. Kanaldan hündürlüyü 50 futa qədər gəmilərin keçməsinə icazə verilirdisə, bu rəqəm 44-ə çatdırılıb. Vəziyyət belǝ davam edǝcǝyik tǝqdirdǝ, kanal rəhbərliyinin daha ciddi məhdudiyyət tətbiq edəcəyi gözlənilir.



Artıq okeanla mal daşıyan azı dörd daşıyıcı, kanalın tədbirlərinə cavab olaraq, iyunun 1-dən konteynerin daşıma haqqını 300 ilə 500 ABŞ dolları arasında artırıb. Kanaldan çox asılı olan maye təbii qaz (LNG) daşıyıcıları, daha ağır sənaye yükləri və ya əmtəələri daşıyan gəmilərə nisbətən az su axını məhdudiyyətlərinə malik olduğundan, su axını dəyişikliklərindən təsirlənmir. Lakin ABŞ-ın növbəti beş ildə LNG ixracının genişləndirilməsi planlarını nəzərə alsaq hər hansı dar boğaz narahatlıq doğurur.



Dəniz logistikası xidmətləri, nəqliyyat prosesinin bütün mərhələlərini izləmək və idarə etmək üzrə ixtisaslaşmış “Flexport Inc” şirkətinin direktoru Natan Strenqin sözlərinə görə, mövcud vəziyyət fonunda mal daşıyan gəmilər limitləri nəzərə alaraq su nəqliyyatına yüklənəcək malların miqdarını 40% azaltmalıdırlar. “Adətən konteyner başına 25 ton yük daşıyan yükgöndərənlərə indi üç və ya dörd qutu lazımdır. Bu, daha böyük zərbədir və bu yükgöndərənlər kanaldan istifadə etməyəcəklər”.



Asiyadan ABŞ-a yüklər Süveyş kanalı vasitəsilə alternativ yollarla daşına bilər. Ya da Cənubi Kaliforniyadakı limanlardan istifadə edə bilinər. Nətcədə mallar ölkənin müxtəlif istiqamətlərinə nəqliyyat vasitələri və qatarlarla daşınacaq. “Everstream Analytics”in baş meteoroloqu Con Davis isə bildirib ki, gələcəkdə yağışla bağlı problem davam edəcək: “Panamaya yaxın gələcəkdə normadan aşağı yağıntılar yağacaq. Nəticədə gölün səviyyəsinin aşağı düşəcəyi və kanalla naviqasiya probleminin davam edəcəyini gözləyirik”.



Panama kanalı administrasiyasının rəhbəri Rikaurt Vaskes də etiraf edib ki, 2023-cü maliyyə ilində Panama kanalı vasitəsilə tranzit azalacaq. Onun sözlərinə görə, 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək bu su yolu ilə Panama kanalından 500 milyon ton həcmində tranzit gözlənilir. Bu, əvvəllər proqnozlaşdırılandan 10 milyon ton azdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Panama  





Xəbər lenti