Türk lirəsi yeni antirekord qırıb

   Türk lirəsi yeni antirekord qırıb
  07 İyun 2023    Oxunub:1498
Dollar lirə qarşısında 7,3% bahalaşıb. ABŞ valyutası 23 lirəlik psixoloji həddi aşıb. Bunu ticarət məlumatları sübut edir.
Hazırda 1 dollar 23,1 lirə edir. Bu, bütün zamanların ən yüksək göstəricisidir.

Daha əvvəl bildirilib ki, 2023-cü ilin may ayında Türkiyədə inflyasiya, rəsmi məlumatlara görə, aylıq 0,04%, illik hesablamada isə 39,59% təşkil edib. Aprelin sonunda inflyasiya 43,68%, martın sonunda isə 50,5% təşkil edib. Türkiyə Mərkəzi Bankı ilin sonuna inflyasiyanın 22,3%-ə çatacağını proqnozlaşdırır.

Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək bir müddət əvvəl onun üçün əsas məqsədin makromaliyyə sabitliyinə nail olmaq və inflyasiyanı azaltmaq olacağını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Dollar   Lirə  





Xəbər lenti