ABŞ UFO ələ keçirib? - Pentaqondan açıqlama

  ABŞ UFO ələ keçirib? -  Pentaqondan açıqlama
  07 İyun 2023    Oxunub:2508
Pentaqon ABŞ-ın yadplanetlilərə məxsus hansısa naməlum uçan obyekti (UFO) ələ keçirməsi ilə bağlı məlumatı təsdiqləməyib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Syu Qof deyib ki, AARO (Müdafiə nazirliyində naməlum uçan obyektlərin tədqiqi şöbəsi-red.) keçmişdə və ya hazırda hansısa yerdənkənar materialın saxlanması və istismarı ilə bağlı hər hansı proqram, heç bir məlumat tapmayıb.

"Onlar artıq planetimizdədirlər" - ABŞ yadplanetlilər haqqında gözlənilməz nəticəyə gəlib
Qeyd edək ki, bu gün ABŞ hökumətinin gizli hərbi proqramın bir hissəsi olaraq yerdənkənar kosmik gəmilər əldə edə bilməsi barədə məlumat yayılmışdı.

Keçmiş Milli Geoməkan Kəşfiyyat Agentliyi və Hərbi Hava Qüvvələri veteranı Devid Qraş bildirib ki, “Bunlar yerdən kənar mənşəli texniki nəqliyyat vasitələridir. İstəsəniz onlara "kosmik gəmilər" deyə, və ya yerə enmiş, ya da qəzaya uğramış yerdən kənar ekzotik mənşəli nəqliyyat vasitələri söyləyə bilərsiz”.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, ona “hökumətin ən yaxşı saxlanılan sirlərindən bəziləri” həvalə olunub.

D. Qraş iddia edir ki, Amerika hakimiyyəti uzun illərdir ki, yadplanetlilərin gəmilərini bərpa edir.

Xatırladaq ki, son vaxtlar ABŞ hərbçiləri real Naməlum Uçan Obyekt (UFO) təhlükəsi barədə daha çox xəbərdarlıqlar edirlər. Hətta mart ayında “Politico” nəşri Amerika ordusunda naməlum uçan obyektlərin təhdidləri ilə bağlı növbəti isteriyaların yaşanması barəsində geniş yazı da dərc etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Yadplanetli  





Xəbər lenti