"Azərbaycanda rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalaşıb"

"Azərbaycanda rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalaşıb"
  08 İyun 2023    Oxunub:1048
" KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356.000-nə yaxınlaşıb".
AzVision.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3%-dən 59,8%-ə yüksəlib.

"Görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə dayanıqlı, müasir və rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalaşıb. Bu gün ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti də məhz sahibkarlıq sahəsində müasir dövrün çagırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəldilib".

Aytən Zəhra
AzVision.az


Teqlər: Sahibkar  





Xəbər lenti