Tibbə qəbulda dəyişiklik: Ödənişinizi dövlət edəcək

      Tibbə qəbulda dəyişiklik:    Ödənişinizi dövlət edəcək
  09 İyun 2023    Oxunub:2148
"Bu ildən başlayaraq tibb təhsilinə qəbul olan tələbələrin 91 faizdən artığı dövlət sifarişi ilə təhsil alacaq. Tibb təhsili 4500 manatdır və ödənişi dövlət üzərinə götürür".
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, növbəti tədris ilində dövlət sifarişli proqnoz yerlərin sayı 1048 olacaq.

"Əvvəlki illərdə tibb təhsili üzrə dövlət sifarişli yerlərin sayı 775 idi. Bu isə 35,2 faiz artım deməkdir"

Aytən Zəhra
AzVision.az


Teqlər: Tibb  





Xəbər lenti