Vəhşi qaban xeyli insanı yaraladı

Vəhşi qaban xeyli insanı yaraladı
  12 İyun 2023    Oxunub:2575
Yaponiyada çöl donuzu qarşısına çıxan xeyli adamı xəstəxanalıq edib.
Bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd edilir ki, hadisə Naqasaki prefekturasının Omura şəhərində baş verib. Hələlik hücuma məruz qalan 5 nəfərin yaralandığı deyilir.

"Hadisə bazar günü baş verib. Hündürlüyü 1,1 metrə çatan vəhşi heyvan yaşayış məntəqəsinə girərək yoldan keçən 5 nəfərə hücum edib. Onların arasında iki yaşlı uşaq da olub. Qaban insanları yıxıb, bəzilərini isə ağır şəkildə dişləyib",Ə - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti