Rusiya: “DQR”i birinci Ermənistan özü tanımalıdır

Rusiya: “DQR”i birinci Ermənistan özü tanımalıdır
  14 Fevral 2013    Oxunub:11830
“Dağlıq Qarabağın müstəqilliyini birinci Ermənistan özü tanımalıdır. Əks təqdirdə heç bir ölkə bu addımı atmayacaq”.
Bu fikirləri rusiyalı politoloq, Qara dəniz və Xəzər regionu Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov “Arqumenti i Faktı” qəzetinin mətbuat mərkəzində Dağlıq Qarabağda erməni separatçı hərəkatının 25 illiyinə həsr olunmuş tədbirdə bildirib.
O, Dağlıq Qarabağın statussuz bir heç olduğunu söyləyib: “Dağlı Qarabağ hal-hazırda bir heçdir. İlk olaraq Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır, sonra isə Rusiya... Ermənistan prezidenti Serj Sərkisyana Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı müraciət etmişəm. ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin Dağlıq Qarabağa heç bir xeyri yoxdur. Həmsədrlər avaraçılıqla məşğuldurlar”.
Tədbirdə çıxış edən digər ermənipərəst politoloq Stanislav Tarasov da Dağlıq Qarabağın müstəqilliyinin birinci Ermənistan tərəfindən tanınmasının vacib olduğunu söyləyib: “Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, onda Rusiya və digər dövlətlərin də bu addımı atmağına şərait yaranar. Ermənistan dövlətini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıram”.
Siyasi və Hərbi Analiz İnstitutu Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru politoloq Anatoli Tsıqanok da həmkarları ilə eyni mövqedə olduğunu söyləyib. O, Dağlıq Qarabağ konfliktinin tərəflərdən birinin qalibiyyəti ilə başa çatmasının hal-hazırda davam edən Suriya böhranının nəticəsindən asılı olacağını söyləyib: “Əgər Suriyada mövcud rejim daha 1 il dözsə, bu zaman ABŞ Suriyadan əl çəkərək İranla bağlı siyasətini həyata keçirməyə başlayacaq. ABŞ-ı bu siyasətində Azərbaycan mühüm rol oynayacaq”.
A. Tsıqanok Əfqanıstandan çıxarılacaq ABŞ qoşunlarının Azərbaycana yerləşdirmək ehtimalının yüksək olduğunu söyləyib: “Əfqanıstandan və Pakistandan çıxarılan qoşunlar ya Azərbaycanda, ya da Gürcüstanda yerləşdiriləcək. Bu zaman ABŞ İrana qarşı planını həyata keçiriləcək. Azərbaycan da bundan istifadə edib Dağlıq Qarabağa qoşun yeridəcək”.


Teqlər:





Xəbər lenti