Zavoddakı yanğına görə atmosferə yayılan tüstü ilə əlaqədar araşdırma aparılır

Zavoddakı yanğına görə atmosferə yayılan tüstü ilə əlaqədar araşdırma aparılır
  13 İyun 2023    Oxunub:1111
Bu gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırda sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürülür.
AzVision.az -ın xəbərinə görə, nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti