Cinayətkar dostunun ismarışlarını silən hakim işdən qovuldu

Cinayətkar dostunun ismarışlarını silən    hakim işdən qovuldu
  17 İyun 2023    Oxunub:1456
Böyük Britaniyada hakim narkotik qaçaqmalçısı olan dostunun vatsap ismarışlarını sildiyinə görə işdən qovulub.
“Daily Mail” xəbər verir ki, polisin məlumatına görə, hakim bu yolla istintaqa mane olub.

Belə ki, 57 yaşlı Endryu İstil Linkoln Məhkəməsində beş il hakim işlədikdən sonra ötən həftə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu, onun narkotik ticarəti ilə məşğul olan dostunun ismarışlarını cinayət araşdırması olduğunu biləndən sonra sildiyi zaman baş verib.

Endryu Alekslə köhnə dostu vasitəsilə tanış olduğunu və bəzən futbol matçları vaxtı kafelərdə görüşdüklərini açıqlayıb.

İstil əlavə edib ki, apellyasiya şikayəti verəcək və hakimliyə bərpa olunmağa çalışacaq.

AzVision.az



Teqlər: Hakim  





Xəbər lenti