"EA Games" oyun şirkəti fəaliyyətini dayandıracaq

"EA Games" oyun şirkəti fəaliyyətini dayandıracaq
  21 İyun 2023    Oxunub:1573
"Electronic Arts"ın baş direktoru Endryu Vilson işçilərə göndərdiyi məktubda şirkətin strukturunda və rəhbərliyində bir sıra dəyişikliklərin edildiyini açıqlayıb.
Dəyişikliklər, o cümlədən, "EA Entertainment" adlandırılacaq "EA Games"də təsir edəcək. Beləliklə, "Electronic Arts" iki əsas təşkilatdan ibarət olacaq: "EA Entertainment" və "EA Sports". Birincisi, keçmiş "EA Games"i əvəz edəcək və müxtəlif janrlar və franjiza üzərində işləyən studiyaları əhatə edəcək. İkincisi idman simulyatorları üzərində öz fəaliyyətini davam etdirəcək.

Daha əvvəl şirkətin baş əməliyyat direktoru vəzifəsində çalışmış Laura Mili "EA Entertainment"in prezidenti təyin edilib. Kem Veber isə "EA Sports"un prezidenti olaraq qalacaq. Hər iki lider öz təşkilatlarını idarə etməkdə, o cümlədən inkişafın planlaşdırılması və büdcənin bölüşdürülməsində daha çox sərbəstliyə malik olacaqlar. Onlar birbaşa baş direktor Endryu Vilsona hesabat verəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti