Azərbaycanı `vurmaq` üçün daha bir tədbir – TƏHLİL

Azərbaycanı `vurmaq` üçün daha bir tədbir – TƏHLİL
  02 İyun 2014    Oxunub:1452
Sovet dövründə `Qərb` anlayışı Azərbaycanda ictimai şüurda neqativ çalara malik idi və düşmən dünyanı simvolizə edirdi. Müstəqillik illərində Qərb əhalinin və siyasi elitanın ümid yerinə çevrildi: “Qərb bizə kömək edəcək!”. Bəs sonra nə baş verdi?

Hər il insanların Qərbə inamı aşağı düşməyə başladı. Bizim vətəndaşlar Qərbin Qarabağ məsələsinə necə vicdansızcasına yanaşdığını gördülər. Bir tərəfdən o, Qarabağ separatçılarını maliyyələşdirir, digər tərəfdən, rəsmi Bakı öz maraqlarını prinsipial şəkildə müdafiə edəndə Azərbaycanda `siyasi məhbuslar` məsələsini qabardırır. Avropa strukturları yenidən bu məsələni qaldırmağa başlayıblar. Bu dəfə “Avropa Sabitliyi Təşəbbüsü” təşkilatı və Almaniyanın yeni ombudsmanı Berlində “Siyasi məhbuslarsız Avropa yolunda” adı ilə Azərbaycan əleyhinə növbəti konfrans təşkil edib. Bəli, bəli, bu, o Ştrasserdir ki, onun müəllifi olduğu `Azərbaycanda siyasi məhbuslar haqqında` qətnamə uğursuzluğa düçar olmuşdu.

Bu gün işə başlayacaq konfransda Avropalı siyasətçilər, parlamentarilər və hüquq müdafiəçiləri iştirak edirlər. Konfransda bütün Avropada siyasi məhbus məsələsinin müzakirə edilməsinə baxmayaraq, gündəliyinə və çıxış edənlərin siyahısına nəzər yetirdikdə, onun məhz Azərbaycana qarşı yönəldiyi aydın görünür.

Qeyd edək ki, məhz “Avropa Sabitliyi Təşəbbüsü” qalmaqallı “Kürü diplomatiyası” hesabatının müəllifidir. Bu hesabatda bildirilirdi ki, Azərbaycan hakimiyyəti xüsusilə qara kürü bankaları olmaqla avropalı siyasətçiləri müxtəlif hədiyyələrlə satın alırdılar. Konfransda Azərbaycandan müxalif bloqer Emin Milli və jurnalist Xədicə İsmayıl çıxış edir. Bu iki şəxs Azərbaycandakı insan haqları haqqında “dəhşət”ləri bütün dünyaya yayır.

Konfransda çıxış edənlərdən biri də ATƏT-in İrlandiyadan olan deputatı Maykl Maknamara olacaq. O, bu yaxınlarda Bakıya etdiyi səfər zamanı Kristofer Ştrasserin qətnaməsinin uğursuz olmasına təəssüflədiyini bildiririk bəyan edib ki, o, azərbaycandakı siyasi məhbuslar haqqında yeni qətnamə hazırlayıb və bu qətnamə ATƏT-in iyun ayında keçiriləcək sessiyasında müzakirə ediləcək. Konfransda o cümlədən, Avropada Azərbaycan əleyhinə bütün kampaniyaların təşəbbüskarı, Almaniyanın sabiq ombudsmanı Markus Leninq də çıxış edəcək.

Qeyd etmək lazımdır ki, indiyə qədər ATƏT hər il Azərbaycandakı vəziyyətlə bağlı bir neçə qətnaməni, layihələri “paçka-paçka” qəbul edir, Azərbaycandakı insan hüquqlarının `acınacaqlı vəziyyətini` vurğulayaraq tövsiyələr göndərir. Azərbaycan hökuməti isə yalnız onun siyasi maraqları və praktiki hədəflərinə uyğun gələn tövsiyələri nəzərə alır.

Görünən odur ki, Azərbaycanın Avropa Şurasındakı sədrliyi yenidən anti-Azərbaycan güclərini aktivləşdirib. Onların hədəfi aydındır. Onlar bizə problemlər yaratmaq istəyir, Avropa Şurası üzvilərilə qarşılıqlı əlaqələri çətinləşdirmək və bizim ölkənin beynəlxalq arenadakı imicinə zərbə vurmaq istəyirlər. Bu, birinci səbəbdir.
İkinci səbəb isə budur ki, Azərbaycan getdikcə dünya və Avropa liderlərinə aydın olan keyfiyyətli yeni siyasət aparır. Bu, qarşılıqlı hörmət və inama, ikitərəfli münasibətlərə əsaslanan müstəqillik siyasətidir.

Azərbaycanın bu siyasəti beynəlxalq təşkilatlar və ölkələrin dəstəyini qazanır, amma eyni zamanda, bizim ölkəyə qarşı işləyən qüvvələrin aktivləşməsi üçün müəyyən tendensiyalar yaradır. İndiki halda isə `siyasi məhbuslar` məsələsi onlar üçün əla şansdır. Ona görə də ATƏT-də yenidən bu məsələni qaldırmaqla onlar özlərinə diqqət çəkmək istəyirlər. Bundan əlavə, bu məsələnin gündəmə gətirilməsi `siyasi məhbus` məsələsini özünə biznes edən yerli hüquq müdafiəçiləri üçün də maraqlıdır. Belə bir problemin mövcudluğu onların marağındadır. Öz şəxsi maraqlarına görə onlar hətta bu siyahıya ən təhlükəli cinayətkarları, terrorçuları, qatilləri və oğruları da əlavə etməkdən çəkinmirlər.

Onlar üçün vacib olan Azərbaycanın maraqları yox, şəxsi maraqlarıdır. “Avropa strukturları Azərbaycanda siyasi məhbuslar məsələsini müzakirə etmək əvəzinə, bütövlükdə Cənubi Qafqazda insan haqları məsələsini araşdırsaydılar, daha məqsədəuyğun olardı”, - deyə Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin sədri Berlindəki konfrans məsələsini şərh edən zaman bildirib. Onun sözlərinə görə, insan haqlarının öyrənilməsi həm Azərbaycan, həm də ümumilikdə region və Avropa üçün vacib məsələdir. “İnsan haqları – müntəzəm olaraq araşdırılmalı olan məsələlərdən biridir”, - deyə Seyidov bildirib.

Nümayəndə heyətinin rəhbəri əlavə edib ki, `siyasi məhbuslar` məsələsinin şişirdilməsində ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlıları (QHT) da əhəmiyyətli rol oynayır. Onun fikrincə, Azərbaycanın inkişafı bəzi qüvvələri narahat edir, ona görə də onlar bizim ölkədə süni problemlər yaratmaq istəyirlər.

Göründüyü kimi, Qərbin bütün dünya üçün bir alqoritmi var: Bu gün Şərqi Avropada baş verənlər vaxtilə Afrikada, Yaxın Şərqdə həyata keçirilib... Lakin yerli xüsusiyyətlər nəzərə alınmadan bu cür standartlaşdırma çox ciddi fəsadlara səbəb ola bilər. Belə qeyri-hökumət təşkilatlarına milyonlarla dollar məbləğində vəsait xərclənib və indi onların sahibləri nəticələri gözləyirlər!

Bəyan edilən şəffaflığa baxmayaraq, onlar tərəfindən yaradılan qeyri-hökumət təşkilatları qapalı strukturlardır və ora üzvlər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin öz agentlərinə şamil etdiyi kriteriyalara uyğun gələn insanları qəbul edirlər. Bu təşkilatların aparıcı əməkdaşları pul mükafatı müqabilində (qrantlar formasında) ABŞ-ın maraqlarını digər ölkələrdə təmsil etməyə qadir olan xüsusi seçilmiş şəxslərdir. QHT-lərin əməkdaşları ekspertlər və hakim təbəqənin nümayəndələrini öz şəbəkələrinə cəlb edir, müzakirələr zamanı iqtisadi, siyasi, dini, sosial və hərbi sahələrdə özlərinə lazım olan informasiyanı əldə edir, daha sonra bu məlumatlar ABŞ-ın analitik mərkəzlərində öyrənilir.

Bu cür QHT-lər çoxdan ABŞ siyasətinin silahına çevrilib. Onların kəşfiyyat idarələrində postsovet ölkələrində Qeyri-Dövlət Təşkilatının fəaliyyətini əlaqələndirən xüsusi idarələrarası qruplar var. Belə ki, Kəşfiyyat idarəsi üzrə Milli Şurada (NIC – National Intelligence Council) Rusiya və Avrasiya araşdırmalar şöbəsi (National Intelligence for Russia and Eurasia) var. Onlar birbaşa Milli Kəşfiyyat İdarəsinin direktoruna tabedir və açıq informasiya əsasında hazırlanan, ABŞ prezidentinə müntəzəm şəkildə məruzə edilən milli kəşfiyyat məlumatlarının hazırlanmasına cavabdehdirlər.

Amerika Xüsusi Xidmət orqanlarının operativ əməliyyat bölmələri ilə qarşılqılı əlaqədə olan NİC Şərqi Avropa və SSRİ-yə daxil olmuş ölkələrdə qərbyönümlü QHT-lərin maliyyələşdirilməsi və metodiki cəhətdən koordinasiyasında iştirak edərək, dərin təsir şəbəkəsi yaradır. Əgər Avropa strukturları Azərbaycana qarşı münasibətlərini Leyla Yunus, Xədicə İsmayıl və Emin Milli kimi insanlarların fikri əsasında formalaşdırırsa onda bu yalnız onların mövqelərinin qeyri-ciddiliyinə dəlalət edir.

Azərbaycan həmişə Qərblə münasibətlərində səmimilik göstərib və biz ondan özümüzə qarşı eyni hərəkəti gözləyirik. Əgər həmin Avropa strukturları guya siyasi məhbuslar olan şəxslərin azad olunması kimi Qarabağın azad olunmasını da belə israr etsəydilər, onda Qarabağ problemi çoxdan öz həllini tapmışdı. Lakin Qərb səhv edir. Bu cür şantaj metodları ilə onlar heç nəyə nail olmayacaqlar. Azərbaycan çox güclü ölkədir və o öz milli maraqlarını qorumaq gücündədir.

Zaur Rəsulzadə
AzVision.az üçün



Teqlər:





Xəbər lenti