ARDNF 5 milyard manatdan çox zərər edib

   ARDNF    5 milyard    manatdan çox zərər edib
  25 İyun 2023    Oxunub:1188
Dövlət Neft Fondu (ARDNF) 2022-ci ili 5 240,044 milyon manat xalis zərərlə başa vurub. Halbuki, Fond 2021-ci ildən 1 556,203 milyon manat xalis mənfəətlə çıxmışdı.
Ötən il ARDNF-in effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 71,445 milyon manat (əvvəlki ilə nisbətən 16,5 dəfə çox), istiqraz investisiyaları üzrə zərəri 1 928,619 milyon manat (əvvəlki il gəlir olub), səhm investisiyaları üzrə zərəri 1 703,042 milyon manat (əvvəlki il gəlir olub), qızıl külçə investisiyaları üzrə gəlirləri 87,912 milyon manat (əvvəlki il zərər olub), məzənnə fərqi üzrə zərəri 1 455,933 milyon manat (3,2 % az), investisiya mülkiyyətinin ədalətli dəyərlə yenidən qiymətləndirilməsi üzrə zərəri 3,48 milyon manat (əvvəlki il gəlir olub), icarə gəlirləri 41,132 milyon manat (14,6 % çox), sair əməliyyat gəlirləri 20,493 milyon manat (58,8 % çox), əməliyyat xərcləri 74,963 milyon manat (1% çox), birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində pay üzrə zərəri 295,614 milyon manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 625 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 84 109,51 milyon manat olub ki, bu da illik müqayisədə 9,4 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,3 % artaraq 627,829 milyon manata, balans kapitalı isə 10,7 % artaraq 83 481,681 milyon manata çatıb.(Report)

AzVision.az



Teqlər: Zərər  





Xəbər lenti