70 yaşlı milyarder avtomobil yarışında dünyasını dəyişdi

70 yaşlı milyarder avtomobil yarışında dünyasını dəyişdi
  27 İyun 2023    Oxunub:1958
ABŞ-də 70 yaşlı milyarder Ceyms Kroun avtomobil yarışı zamanı dünyasını dəyişib.
Bu barədə “CBS News” xəbər verir.

Tanınmış çikaqolu sahibkarlar və xeyriyyəçilər ailəsinə mənsub olan Kroun Koloradoda keçirilən avtomobil yarışlarda iştirak edib.

“Aspen Motorsports Park” trekində yarış zamanı milyarderin maşını yüksək sürətlə maneəyə çırpılıb, nəticədə o hadisə yerində keçinib.

“Forbes”in son hesablamalarına görə, Kroun ailəsinin sərvəti 10,2 milyard dollardır.

AzVision.az



Teqlər: Milyarder  





Xəbər lenti