Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 3 dəfədən çox azalıb

Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 3 dəfədən çox azalıb
  01 İyul 2023    Oxunub:1772
Bu ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 136 milyon 431 min ABŞ dolları olub.
Bu barədə AzVision.az -a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,1 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 1,48 %-ni təşkil edib.

Beş ayda Azərbaycandan Ukraynaya 35 milyon 396 min, Ukraynadan Azərbaycana isə 101 milyon 35 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə illik müqayisədə müvafiq olaraq 9 dəfə və 8,7 % azdır.

AzVision.az


Teqlər:





Xəbər lenti