Bir çox dövlətlər qızıl ehtiyatlarını geri qaytarır

   Bir çox dövlətlər qızıl ehtiyatlarını geri qaytarır
  10 İyul 2023    Oxunub:1067
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bir çox dövlətlər qızıl ehtiyatlarını ölkəyə qaytarmağa başlayıb.
Bu barədə “Reuters” agentliyi Amerikanın “Invesco” investisiya şirkətinin mərkəzi bankları və suveren fondlar arasında keçirdiyi sorğunun məlumatlarına istinadən məlumat yayıb.

Sorğuya əsasən, 85 suveren fondun və 57 mərkəzi bankın 85%-dən çoxu inflyasiyanın yaxın onillikdə keçmişlə müqayisədə daha yüksək olacağına inanır. Qərbin keçən il Rusiyanın 640 milyard dollarlıq valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurması mərkəzi bankların böyük bir hissəsini narahat edən presedent yaradıb.

Eyni zamanda, respondentlərin 60%-i Qərbin yaratdığı presedentin yalnız qızılın cəlbediciliyini artırdığını düşünür. Bundan əlavə, bu il respondentlərin 68%-i qızılı özündə saxlamağa başladıqlarını bildirib. Halbuki, 2020-ci ildə sorğu iştirakçılarının 50%-i bu addımı atmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti