Bakı-Ağstafa qatarı Dəllər stansiyasında da dayanacaq

   Bakı-Ağstafa qatarı Dəllər stansiyasında da dayanacaq
  11 İyul 2023    Oxunub:1037
"Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı bu ilin sonuna qədər Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacaq”.
AzVision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

“Həmin istiqamətdə ən çox tələbat Dəllər stansiyasınadır. Bunu nəzərə alaraq orada da qatarların dayanması üçün şərait yaradılacaq. İlk dəfə Dəllərə sürətli qatarla sərnişindaşıma həyata keçiriləcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu il martın 18-dən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılıb. Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gedişhaqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manatdır.

AzVision.az


Teqlər:





Xəbər lenti