Günəşdə partlayış: Yerdə radiorabitədə nasazlıqlar yarandı

      Günəşdə partlayış:    Yerdə radiorabitədə nasazlıqlar yarandı
  17 İyul 2023    Oxunub:1883
Günəşdə M sinfinə aid üç partlayış baş verib.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb. İlk partlayış Bakı vaxtı ilə təqribən 10:26-da baş verib, o, təxminən 14 dəqiqə davam edib və Yer kürəsində qısadalğalı radiorabitəsində nasazlıqlara səbəb olub.

İkincisi saat 17:08-də qeydə alınıb, təxminən 15 dəqiqə davam edib. Mütəxəssislər üçüncü partlayışı saat 19:46-da qeydə alıblar, onun müddəti təxminən 28 dəqiqə olub. Qeyd edək ki, Günəşdə partlayışlar gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

AzVision.az


Teqlər:





Xəbər lenti