İran Rusiyaya sanksiyalardan yayınmağa kömək edəcək

   İran Rusiyaya sanksiyalardan yayınmağa kömək edəcək
  24 İyul 2023    Oxunub:1113
İran hakimiyyəti hesab edir ki, Rusiya neftinin ixrac üçün yerli limanlar vasitəsilə tədarükü Moskvaya nəinki sanksiyalar məhdudiyyətlərindən yan keçməyə, həm də logistikaya qənaət etməyə kömək edəcək və bununla da Rusiya neftinin maya dəyərini artıracaq.
Bu barədə Mazandaran əyalətinin qubernatoru Mahmud Hüseynipur bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya nefti İrana böyük Fereydünkənar, Əmirabad və Növşəhr limanlarının yerləşdiyi şimal əyalətləri vasitəsilə daxil olur. Onların ötürmə qabiliyyəti hazırda ildə 12 milyon tondur. Hüseynipur əmindir ki, onu 20 milyona çatdırmaq olar.

AzVision.az


Teqlər:





Xəbər lenti