Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
  25 İyul 2023    Oxunub:932
Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 243,6 milyon manat kredit verilib.
Mərkəzi Bankdan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5% artaraq 211,8 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 7,7% artaraq 140 milyon manata çatıb, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 43,8 milyon manata düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti