Laboratoriyada insan rüşeymi yaradıldı

   Laboratoriyada insan rüşeymi yaradıldı
  25 İyul 2023    Oxunub:2053
Ən yeni araşdırmalar alimlərə bu günə qədər insan rüşeyminə daha çox bənzəyən hüceyrələri yaratmağa imkan verib.
Kembric Universitetinin alimləri laboratoriya şəraitində əldə edilən süni hüceyrələr hesabına hamiləlikdə 80 faiz uğur qazana biliblər. Kembric Universitetinin professoru Zernika Qetsin dediklərinə görə, hazırda onları narahat edən məsələ bu rüşeym hesabına dünyaya gələcək körpələrdə üz əzələlərinin inkişafdan qalmasıdır. Alimlər körpələrdə mimikaları stimullaşdıracaq vasitə axtarışındadırlar.

Hüceyrə Araşdırmaları Elmi Cəmiyyətinin prezidenti Amander Klark qeyd edir ki, illərdən bəri laboratoriya şəraitində əldə edilən rüşeym ilk birhəftəlik sınaqda inkişafını dayandıraraq yararsız hala gəlirdi. İndiki halda ilk bir həftədə inkişafın normal getməsi tibb dünyasında bu hüceyrələrə inam yaradır.

AzVision.az


Teqlər:





Xəbər lenti