17 tibb müəssisəsində radioloji fəaliyyət məhdudlaşdırılıb

   17 tibb müəssisəsində radioloji fəaliyyət məhdudlaşdırılıb
  26 İyul 2023    Oxunub:886
2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanda 17 tibb müəssisəsində radioloji fəaliyyət məhdudlaşdırılıb.
Bunu Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Mətanət Qəhrəmanova deyib. O bildirib ki, bu tibb müəssisələrin 94 faizi dövlət , 6 faizi isə özəl müəssisələrdir.

O bildirib ki, tibb müəssisələri üzrə 57 faiz özəl, 43 faiz isə dövlət müəssisələrində yoxlamalar aparılıb: "Bundan başqa, sənaye və elmi tədqiqat müəssisələri üzrə 86 faiz özəl müəssisələrdə, 14 faiz isə dövlət müəssisələrində yoxlama keçirilib".

AzVision.az


Teqlər:





Xəbər lenti