Azərbaycanda inflyasiyanın 6-7 faizə enəcəyi gözlənilir

   Azərbaycanda inflyasiyanın 6-7 faizə enəcəyi gözlənilir
  26 İyul 2023    Oxunub:926
2023-cü ilin sonuna kimi Azərbaycanda inflyasiyanın 6-7 faizə enəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-2025-ci illərdə 4-6 faiz baza səviyyəsinə nail olunması gözlənilir.

Qeyd edək ki, iyunda inflyasiya əvvəlki ayla müqayisədə 0,9 faiz (10,6 faizə qədər) azalıb. İllik ərzaq inflyasiyası 11,5 faizə düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti