"Bankların bağlanması üçün risk yoxdur" - Taleh Kazımov

   "Bankların bağlanması üçün risk yoxdur" -    Taleh Kazımov
  26 İyul 2023    Oxunub:1263
Bu gün Azərbaycanın maliyyə sektorunda bankların bağlanması üçün risk müşahidə olunmur.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank ilk növbədə maliyyə bazarının sabitliyinin təmin edilməsini hədəfləyir.

"İstənilən maliyyə əməliyyatı, banklar, sığorta, investisiya şirkətləri Mərkəzi Bankın tələblərinə cavab verirsə və stabil maliyyə fəaliyyəti göstərirsə, düşünürəm ki, bağlanma ehtimalı ilə əlaqədar problem və risklərlə üzləşməzlər", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti