Bu il 22 vəzifəli şəxsə cərimələr tətbiq edilib

Bu il 22 vəzifəli şəxsə cərimələr tətbiq edilib
  27 İyul 2023    Oxunub:1109
Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (Xidmət) inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib.
AzVision.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələri ilə cərimələr tətbiq edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti