Elmar Məmmədyarov şərt qoydu

Elmar Məmmədyarov şərt qoydu
  14 Fevral 2013    Oxunub:2371
“Ermənistan qoşunlarını Dağlıq Qarabağdan çıxarsın, sonra lazım gələrsə, Nyu-Yorka da uçuş təşkil oluna bilər”.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi mətbuat konfransında deyib.
Ermənistan prezidentinin Xocalı aeroportundan mütləq uçuş təşkil ediləcəyi ilə bağlı fikrinə münasibət bildirən XİN başçısı qeyd edib ki, beynəlxalq qanunlara əsasən, işğal olunmuş ərazilərdə uçuş təşkil etmək qadağandır: “Baxmayaraq ki, Ermənistan tərəfi bəyan edir ki, bu uçuşlar humanitar məqsəd daşıyır. Bu, qeyri-qanuni hərəkətdir. Ermənistan tərəfi təyyarələrin uçuşlarını həyata keçirmək istəyirsə, ilk növbədə qoşunları işğal olunmuş ərazilərdən çıxarmalıdır. Biz ATƏT-in Minsk Qrupuna və beynəlxalq təşkilatlara bununla bağlı öz mövqeyimizi dəfələrlə bildirmişik”.


Teqlər:  





Xəbər lenti