Bu il dəmir yolları ilə 351 min ton ərzaq idxal olunub

Bu il dəmir yolları ilə 351 min ton ərzaq idxal olunub
  28 İyul 2023    Oxunub:1540
Cari ilin ilk 6 ayı ərzində ölkəyə dəmir yolları ilə 351 min ton ərzaq məhsulları idxal olunub.
AzVision.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artım deməkdir:

"Ən çox daşınmış 5 məhsul isə şəkər tozu və qənd, bitki yağı, müxtəlif yarmalar, buğda unu və kartofdur".

Səhmdar Cəmiyyətdən o da bildirilib ki, qida səbətinə daxil olan əsas ərzaq məhsullarının ölkəyə tez və sürətli çatdırılmasında soyuducu, hopper, qapalı və konteyner vaqonlarımız xüsusi rol oynayır.

AzVision.az


Teqlər:





Xəbər lenti