AMB-nin İdarə Heyətinin üzvlərinə əlavə hüquq verildi

   AMB-nin İdarə Heyətinin üzvlərinə əlavə hüquq verildi
  31 İyul 2023    Oxunub:975
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvləri və onların yaxın qohumları qurumun nəzarət etdiyi subyektlərdən pay ala biləcəklər.
Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Sənədə əsasən, AMB-nin İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, nəvə, övladlığa götürən, övladlığa götürülən, qardaş və bacı) Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə və onlara aidiyyəti olan şəxslərdə birbaşa və ya dolayı yolla mühüm iştirak payına (nizamnamə kapitalının (şərikli kapitalın) sahib ola bilərlər.

Amma bu pay 10 %-i keçməməlidir. Yəni, həmin şəxslər 10 və ya daha çox faiz paya birbaşa və ya dolayı yolla sahiblik, yaxud iştirakçısı olduqları hüquqi şəxsin qərarlarının qəbul edilməsinə müqavilə əsasında mühüm təsir göstərmə imkanı) malik ola, habelə Mərkəzi Bankın yaratdığı və ya iştirak etdiyi hüquqi şəxslərdə təsisçi və ya iştirakçı ola bilməzlər.

AzVision.az


Teqlər:





Xəbər lenti